Xəbər lenti

Hindistanda qadağalara məhəl qoymayan əhali polisi daşa basdı (VİDEO)
Dünya08:51 01.05.2020

Hindistanda qadağalara məhəl qoymayan əhali polisi daşa basdı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünyanı əsarəti altına alan koronavirus pandemiyası Hindistanda insidentlə nəticələnib.
Qaynarinfo xəbər verir ki, evdə qal çağırışına riayət etməyən insanlar daş və dəyənəklərlə onlara xəbərdarlıq edən polislərə hücum çəkiblər. İnsident nəticəsində 2 polis əməkdaşı yaralanıb.
Daha sonra nəzarəti ələ alan polis 14 nəfəri saxlayıb. Hadisəni pisləyən Hovrah bölgəsinin meşəçilik naziri Raciv Banerji qaydaları pozanları sərt cəzaların gözlədiyini deyib.
Qeyd edək ki, bundan əvvəl də polis qaydalara tabe olmayanlara qarşı dəyənəklərdən istifadə etmişdi.
Camal
<iframe width="800" height="480" src="https://www.youtube.com/embed/MnGnkdgo3CY" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">