Xəbər lenti

Hindistanda sərhəd dəstəsinə hücum olub
Dünya07:47 05.06.2016

Hindistanda sərhəd dəstəsinə hücum olub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hindistanın Cammu və Kəşmir əyalətində silahlılar sərhəd dəstəsinə hücum edib.

Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, hücum nəticəsində üç hərbiçi öldürülüb, yeddi nəfər yaralanıb. Məlumata görə, sərhəd dəstəsi silahlılar tərəfindən hazırlanan pusquya düşüb. 

Yaralılardan bir neçəsinin vəzziyyəti ağır hesab olunur. Hücum edənlər arasında itki olub-olmaması haqda açıqlama verilmir. Bu hücumun arxasında hansı qruplaşmanın durduğu da məlum deyil.

Qaynarinfo.az