Hindistanın baş anziri Narenda Modi ölkəsinin Pakistanı 10 gün ərzində məğlub edə biləcək hərbi bacarıqlara sahib olduğunu açıqlayıb.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, o, bu barədə Yeni Delhidə hərbi akademiyalardan birində çıxışı zamanı deyib. Pakistanın 3 dəfə müharibəni uduzduğunu xatırladan Modi qarşıdurma olarsa, Pakistanın heç bir şansı olmayacağını bildirib. Baş nazir İslamabadın Kəşmirdəki radikal islamçı qrupları gizli şəkildə dəstəklədiyini iddia edərək, Pakistana qarşı güc tətbiq etməkdə istəksiz olan sələflərinin uğursuzluqlarına görə məyusluğunu ifadə edib.
Pakistan tərəfi isə Hindistan baş nazirinin açıqlamalarını müharibəyə təşviq etmə və məsuliyyətsizlik kimi qiymətləndirərək, bu təhdidlərə cavabsız qalmayacaqlarını bəyan edib.
Camal