Xəbər lenti

Hindistanın şimalında anomal istilər: 100-ə yaxın adam ölüb
Dünya10:47 18.06.2023

Hindistanın şimalında anomal istilər: 100-ə yaxın adam ölüb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Son üç gün ərzində Hindistanın şimalında həddindən artıq istilər səbəbindən 100-ə yaxın insan həyatını itirib. 
Qaynarinfo "India Today” telekanalına istinadən xəbər verir ki, ekstremal hava şəraitinin qurbanlarının əksəriyyəti 60 yaşdan yuxarı insanlar olub.
İki gün ərzində Uttar Pradeş ştatının Ballia rayonundakı xəstəxanalara 400-ə yaxın yerli sakin müraciət edib. Onların hamısı 42,2 dərəcəyə qədər yüksələn tempraturda günvurmadan şikayətləniblər. Tibbi yardıma müraciət edən 54 nəfər dünyasını dəyişib. Ölənlərin bir sıra xroniki xəstəliklərdən əziyyət çəkdiyi, hava şəraitinin xəstəlikləri kəskinləşdirdiyi qeyd edilir.
Qonşu Bihar ştatında isə 44 nəfər ölüb. Burada termometr bəzi yerlərdə az qala 45 dərəcəyə qalxıb. Hava şəraiti ilə əlaqədar rayon rəhbərliyi bütün məktəbləri bağlayıb.
Aydın