Xəbər lenti

Hindu qəbiləsi onları araşdıran alimi oxla öldürdü
Dünya15:00 11.09.2020

Hindu qəbiləsi onları araşdıran alimi oxla öldürdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Braziliyalı etnoqraf Rieli Fransiskato Braziliyanın qərbində yerləşən Rondonia ştatının Serinqeyres bələdiyyəsindəki yerli qəbilələri araşdırmaq üçün uzaq bir vəhşi bölgəsinə göndərilib.
Qaynarinfo xəbər verir ki, bu haqda G1 nəşri məlumat verib. Xəbərdə deyilir ki, mərhumun dostu olan polis Paulo Rikardo Bresa gözləri qarşısında dünyasını dəyişən alimin həyatının son dəqiqələrindən danışıb.
"Biz onun sinəsinə dəyən oxun səsini eşitdik. Sonra o qışqıraraq oxu sinəsindən çıxarıb geri qaçdı. Cəmi 50-60 metr qaça bildi, ondan sonra ölü kimi yerə düşdü", - Paulo Rikardo Bresanın başına gələn dəhşətli hadisədən danışarkən deyib.
Fransiskatonun işi Braziliyada olduqca təcrid olunmuş bir qəbilənin köçünü araşdırmaq olub. Etnoqraf 30 ildən artıq idi ki, Milli Hindu İnstitutunda işləyirdi.
Alpər