
Türkiyənin Kastamonu vilayətindəki bir kənddə baş verən yanğın nəticəsində 8 ev tamamila yanaraq kül olub.
Qaynar.info türk mətbuatına istinadən xəbər verir ki, yanğın bir müddət əvvəl arvadından boşanan Yaqub adlı şəxsin keçmiş qaynatasının evinə atəş açdıqdan sonra baş verib.
Məlumata görə, Yaqub bir müddət əvvəl boşandığı həyat yoldaşının atasının evinə tüfənglə atəş açıb. Atəşdən sonra Saleh Qayaya aid ev yanmağa başlayıb. Küləyin təsiri ilə alov sürətlə böyüyərək kənddəki digər evlərə də yayılıb. Beləliklə, nəticədə kənddəki 8 ev, 6 tövlə və 5 samanlıq tamamilə kül olub.
Yanğın zamanı ölən və yaralanan olmayıb.
İndi polis kəndi külə döndərən yeznəni axtarır.
Qaynar.info







