
Faşist Almaniyasının rəhbəri Adolf Hitler haqqında indiyədək məlum olmayan faktlar üzə çıxıb.
Qaynar.info-nun məlumatına görə, Hitlerin şəxsi həkimi Teodor Morellin sənədlərini və məktublarını ələ keçirən "National Geographic" bununla bağlı sənədli film hazırlayıb.
Həmin sənədləri araşdırarkən məlum olub ki, Hitler boğazını rahatlatmaq üçün kokaindən istifadə edirmiş.
Qanlı diktatorun istifadə etdiyi amfetamin və morf tərkibli 80-ə yaxın dərmanları araşdıran mütəxəssislər, bu dərmanları içən şəxslərin daim depressiyada olduqlarını deyiblər.
Qaynar.info