
İngiltərədə bir qrup şəxs Baz adlı pişiyə işgəncə verib. Qaynar.info xəbər verir ki, onlar bu addımı pişiyin Hitlerə bənzəməsi səbəbindən atıblar.
Polis onların şəxsiyyətini müəyyənləşdirə bilməyib. İşgəncə nəticəsində sol gözünü itirən pişik artıq sağalmağa başlayıb.
"Daily Mail"in xəbərinə görə, burnunun altındakı tüklər qara olduğundan Hitlerə bənzədilən pişik ölmək üzrə olarkən zibil qutusundan aşkarlanıb.
Qaynar.info