
Faşit Almaniyası lideri Adolf Hitlerin qadağan etdiyi fotoları tapılıb.
Qaynar.info-nun məlumatına görə, Hitler 1924-cü ildə şəxsi fotoqrafına şortiklə çəkdirdiyi fotoları yalnız şəxsi arxivinə qoyulmasını istəyib.
Fürer olduğu zaman milyonlarla insan qarşısında sərt çıxışlar edən Hitler imicinin pozulacağını düşünərək həmin fotoların ortadan qaldırılmasını istəyib.
Çəkilişdən sonra fotolara baxaraq sadəcə şəxsi arxivinə qoyulmasını istəyən Hitlerin "ciddiliyimi pozar" deyərək, şəkillərə heç kim tərəfindən baxılmamasını tələb etdiyi bildirilir.
Qaynar.info