Polşanın baş naziri Mateuş Moravietski Rusiya prezidenti Vladimir Putinlə başladığı müharibəni dayandırmaq üçün danışıqlar aparmağa çalışan Fransa prezidenti Emmanuel Makronu tənqid edib.
Qayunarinfo rmf24.pl-ə istinadən xəbər verir ki, baş nazir bu barədə Avropa İttifaqı ölkələrinin liderlərinə bugünkü
müraciətində deyib.
"Prezident Makron, Putinlə neçə dəfə danışıqlar aparmısınız, nə əldə etdiniz? Baş verən hər hansı hərəkəti dayandırdınızmı?" deyə Moravietski Makrona müraciət edib.
Polşanın baş naziri vurğulayıb ki, onlar cinayətkarlarla danışıq aparmırlar, onunla döyüşürlər: "Heç kim Hitlerlə danışıqlar aparmadı. Siz Hitlerlə, Stalinlə, Pol Potla danışıqlar aparardınızmı?".
Qeyd edək ki, Rusiyanın Ukraynaya genişmiqyaslı hücumu başlayandan indiyədək Makron Putinə azı 8 dəfə zəng edib. Sonuncu belə zəng martın 29-da olub.
Aydın