Hizbullah İsrailə qarşı "aktiv çəkindirici qüvvə" yaradıb və bütün İsrail Hizbullahın raketlərinin qovşağındadır.
Qaynarinfo "Almayadeen"ə istinadən xəbər verir ki, bu barədə Livanın Hizbullah qruplaşmasının lideri Həsən Nəsrullah
bildirib.
Həsən Nəsrullah Livan və İsrail arasında "Kariş" neft yatağı ilə bağlı fikir ayrılıqlarına toxunaraq deyib:
"Livanın müqaviməti İsrailin neft hasil etməsinə mane olacaq və bu, müharibəyə səbəb olsa belə, bunun üçün hər cür xərci ödəməyə hazırdır”.
O, "Əl-Mayadeen” xəbər kanalına bunları əlavə edib:
"Əgər Livan öz neft və qazını ixrac edə bilməsə, İsrailə də eyni şeyi etməyə icazə verməyəcəyik”.
Livan Hizbullahının baş katibi ABŞ prezidentinin Yaxın Şərqə səfərinə toxunaraq deyib:
"Bayden Səudiyyə Ərəbistanı və BƏƏ-ni daha çox neft hasil etməyə təşviq etmək üçün bölgəyə yalnız neft və qaz üçün gəlmişdi, lakin bu hərəkət onların ehtiyaclarını ödəyə bilməz”.
O, çıxışının başqa bir hissəsində Hizbullahın pilotsuz uçan aparatına, müdafiə və dəniz gücünə işarə edərək bildirib:
"Bizim elə dornlarımız var ki, İsrail onları təsbit edə bilmir və ilk dəfədir ki deyirəm, Hizbullah onlarla dəfə pilotsuz təyyarələr ilə İsrail ərazisinə girib, lakin İsrail ordusu bunu dərk etməyib”.
Aydın