
Azad Suriya Ordusu dünən Livandakı Hizbullah təşkilatının baş katibi Naim Kasemin öldürüldüyü ilə bağlı bəyanat yayıb.
Qaynar.info-nun məlumatına görə, bəyanatda qeyd olunub ki, Hizbullah lideri Suriya ordusunun Dəməşqdən Livan sərhədinə tərəf irəlilədiyi zaman öldürülüb.
Üsyançılar bildiriblər ki, onların ilkin hədəfi suriyalı general Məhəmməd Əli Durqamı öldürmək olub. Elə həmin hücum zamanı da general ağır yaralanıb. Bundan başqa Hizbullahın bir neçə döyüşçüsü də öldürülüb.
Suriya hökuməti və Hizbullah məlumatı təsdiqləməyib.
Qaynar.info