İraqın cənubunda yerləşən Əş Şula ərazisində əhali elektrik problemi və xidmət sahəsindəki çatışmazlıqlara görə etiraz aksiyaları təşkil edib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, rəsmiləri istefaya çağıran insanların təşkil etdiyi etiraz aksiyası paytaxt Bağdadda da start götürüb. Şəhərdə təhlükəsizlik tədbirləri artırılıb, hökümət binalarının olduğu ərazilərə gedən yollar bağlanıb. Paytaxtda internetə çıxışın da qadağan edildiyi bildirilir.
Baş nazir Heydər Əl İbadi və İraqn Milli Təhlükəsizlik Konqresi ölkədəki vəziyyətin müzakirəsi üçün toplaşıb. Etirazların digər şəhərlərə də keçəcəyi qorxusu var.
Qeyd edək ki, Əş Şulada əhali bəzi partiya binalarını yandırmışdı.
Gülşən