Xəbər lenti

Hökumətdən məmurların maaşına ağır zərbə
Dünya08:08 08.02.2013

Hökumətdən məmurların maaşına ağır zərbə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Fransada büdcə kəsirini doldurmaq üçün mübarizə aparan hökumət 2013-cü ildə məmurların maaşının artırılmayacağını bildirib.

Qaynar.info-nun məlumatına görə, hökumət məmur maaşlarına ediləcək 1 faiz artımın 800 milyon avroya başa gələcəyi səbəbindən maaşların qaldırılmasına qarşı çıxır.

Ölkədə məmurların maaşı 2010-cu ildən bəri artırılmır. Məmur ittifaqlarının hökumətin bu qərarına sərt təpki göstərəcəyi gözlənilir. Məmur ittifaqları ötən həftə paytaxt Paris olmaqla bir sıra iri şəhərlərdə irimiqyaslı aksiyalar keçirmişdi.

Hazırda Fransada 5.2 milyon məmur var. Fransa büdcədən məmurlara ildə 80.6 milyard avro maaş ödəyir.


Qaynar.info