Xəbər lenti

Hökumətə meydan oxuyan qrup həbs edildi
Dünya15:59 02.04.2015

Hökumətə meydan oxuyan qrup həbs edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Türkiyədə polis İdil Mədəniyyət Mərkəzində əməliyyat keçirib.

Qaynar.info Axar.az-a istinadən xəbər verir ki, polis “Qrup Yorum” musiqi qrupunun üzvlərini nəzarətə götürüb.

“Qrup Yorum” əməliyyatla və nəzarətə götürülən üzvləri ilə bağlı belə açıqlama verib:

“Qrup üzvlərindən Ezgi Dilan Balcı, Cihan Keşkek, tələbəmiz İlkay İşlər, İdil Mədəniyyət Mərkəzindəki işçimiz Damla Sandal və qonağımız olan Stiv Kaczki hazırda nəzarətdədir.

Berkin Əlvanın qatilləri Mədəniyyət Mərkəzimizin qapısını qıraraq, şüşələri partladaraq dostlarımızı işgəncə ilə nəzarətə götürüb. Yenə hər yeri talan ediblər. İstifadə etdiyimiz bütün texniki alətlərimizi korlayıblar.

Ədalətin səsi hər yerdədir! Bəzən sazımızın bir telində, bəzən cavan bir dəliqanlının həyəcanla hesab tələb edən səsində! Türklərimiz hər yerdə ədalət istəyir! Bəzən nəhəng səhnədə, bəzən ölümə gedən gənclərin dilində: “Cəsarətiniz varsa gəlin”!

Qaynar.info