
İtaliyada Enriko Letta rəhbərliyi altında qurulan yeni hökumətin Prezident Sarayında keçirilən inaqurasiya mərasimi zamanı qarşıdurma baş verib.
Qaynar.info-nun məlumatına görə, mərasim zamanı binanın qarşısında baş verən atışma zamanı 2 polis əməkdaşı yaralanıb.
Şahidlərin verdiyi məlumatda bildirilir ki, naməlum şəxs əlindəki silahla binanın qarşısında dayanmış polislərə 8 dəfə atəş açıb.
Polisin dərhal verdiyi cavabdan sonra şübhəli şəxs saxlanılıb.
Atışmadan sonra binanın qarşısındakı təhlükəsizlik tədbirləri gücləndirilib.
Qaynar.info