Xəbər lenti

Hökumət başçısının qadın müavini mütəşəkkil cinayətkar qrup yaratmaqda ittiham olunur
Dünya11:10 28.06.2023

Hökumət başçısının qadın müavini mütəşəkkil cinayətkar qrup yaratmaqda ittiham olunur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Federasiyasının tərkibindəki Qaraçay-Çərkəz Respubliasının baş nazirinin müavini İrina Qerbekova cinayətkar birliyin təşkili ilə bağlı cinayət işində müttəhim olub.
Qaynarinfo xəbər verir ki. bu barədə "Baza" "Telegram" kanalı məlumat yayıb.
Kanalın məlumatına görə, istintaq qadının rayon xəstəxanalarından birində külli miqdarda oğurluq təşkil etdiyini hesab edir.
Nəşr bildirir ki, 2018-ci ildən hökumətdə işləyənə qədər Qerbekova Qaraçay-Çərkəz Respublika Klinik Xəstəxanasının baş həkimi olub və cinayət işi məhz bu dövrlə bağlıdır.
Müstəntiqlərin fikrincə, o, baş həkim vəzifəsində olarkən baş mühasib, bir neçə sahibkar və xəstəxananın kassirindən ibarət cinayətkar birlik yaradıb. Onların hamısı iş üzrə təqsirləndirilən şəxs olub. İndi onları 15 ildən 20 ilə qədər həbs gözləyir.
Müstəntiqlər hesab edirlər ki, qruplaşma qondarma alqı-satqı, sövdələşmələr, müqavilələr yolu ilə xəstəxanaya ayrılan pulları oğurlayıb.
Aydın