Xəbər lenti

Hökumət quru sərhədlərin açılması məsələsini gündəmə gətirməlidir - Ekspert
Ölkə08:57 07.06.2022

Hökumət quru sərhədlərin açılması məsələsini gündəmə gətirməlidir - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Hökumət quru sərhədlərin açılması məsələsini gündəmə gətirməlidir”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib. Onun fikrincə, quru sərhədlərin açılmamasının müxtəlif səbəbləri var:
"Bəziləri bunu ölkədəki epidemiloji sabitliyin qorunması ilə izah edir, bəziləri quru sərhəd ölkələrində epidemioloji vəziyyətin tam olaraq qənaətbəxş olmaması ilə izah edir. Burada müxtəlif faktorlar var. Düşünürəm ki, hökumət quru sərhədlərin açılması məsələni diqqəttdə saxlamalıdır. Mövsüm dövrüdür. Mümkin qədər bu mövsümdən istifadə edərək son iki ildə ciddi zərərlə üzləşmiş turizm sektorunu dəstəkləməyə çalışmalıdır”.
Rəşad Həsənov ölkədə çiddi bahalaşma və gəlir azalması getdiyini vurğulayıb:
"Belə bir şəraitdə sərhədyanı ölkələrin əhalisinin dolanışığının əhəmiyyətli hissəsi məhz xırda ticarətin hesabına formalaşırdı. Bu, Azərbaycan kimi ölkədə böyük göstəricidir. Eyni zamanda burada AZAL kimi şirkətlərin də vəziyyətdən sui-istifadə etməsinin qarşısını almaqda fayda var”.
Bahar Rüstəmli