Xəbər lenti

Holland nazir: Artıq Putinin hərbi xəzinəsinə pul qoymaq istəmirik
Dünya07:10 26.04.2022

Holland nazir: Artıq Putinin hərbi xəzinəsinə pul qoymaq istəmirik

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hollandiya ilin sonundan Rusiya qazını almayacaq. Ölkə bu ilin sonundan Rusiya qazından asılılıqdan qurtulmağı planlayır.
Qaynarinfo "Euractiv” saytına istinadla xəbər verir ki, bu barədə Hollandiya iqlim naziri Rob Jetten deyib.
Nazir bildirib ki, ölkəsi enerjiyə qənaətə, davamlılığa və başqa ölkələrdən enerji almağa fokuslanacaq.
Bu ilin avqust ayının 11-dən isə Hollandiya da digər Avropa Birliyi ölkələri kimi Rusiyadan kömür almağı dayandırır. 
Hollandiya hökumət saytının verdiyi məlumata görə, 2025-ci ildə ölkə təbii qaz istifadəsini 9 milyard kub metr azaldacaq. Hazırda ölkə Rusiyadan 6 milyard kub metr qaz idxal edir. 
"Biz artıq Putinin hərbi xəzinəsinə pul qoymaq istəmirik”, - deyə hollandiyalı nazir bildirib.
Nurlan Hüseynov