Xəbər lenti

Hollandiya - Azərbaycan oyunu harda keçiriləcək?
İdman06:41 13.02.2016

Hollandiya - Azərbaycan oyunu harda keçiriləcək?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bildiyiniz kimi, futzal üzrə Azərbaycan yığması dünya çempionatının pley-off mərhələsində Hollandiya ilə qarşılaşacaq. İlk oyun Hollandiyada keçiriləcək.

Qaynar.info xəbər verir ki, martın 22-də baş tutacaq ilk oyun Hollandiyanın Almere şəhərində baş tutacaq. 

Həmin görüş Almerenin "Topsportsentrum" ("Top İdman Mərkəzi") kompleksində keçiriləcək. 2007-ci ilin oktyabrın 7-də istifadəyə verilən bu kompleksdə daha çox voleybol və basketbol oyunları təşkil edilir. Məsələn, 2007-2013-cü illərdə buda basketbol üzrə NBB Kubokunun final görüşləri keçirilib. 2007-ci ildən "Allvo" voleybol və "Almere Pioners" basketbol klubu bu kompleksdən yararlanır. Kompleksin tutumu 3 min yerlikdir.

Artıq bu oyun üçün dünəndən biletlərin satışına start verilib. Hər bir adam üçün biletlərin qiyməti 7 avro 50 sentdir (7,50 avro). Lakin 10 nəfərlik qruplar biletləri 5 avrodan da ala bilər.

Qeyd edək ki, cavab görüşü aprelin 12-də Bakıda keçiriləcək.

Qaynar.info