Xəbər lenti

Hollandiyalı iş adam Qubada gördüklərindən dəhşətə gəldi - FOTO
Ölkə19:18 12.06.2014

Hollandiyalı iş adam Qubada gördüklərindən dəhşətə gəldi - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hollandiyanın nüfuzlu iş adamı Jeroen Labeur Azərbaycan-Hollandiya Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Azərbaycan Kikboksinq Federasiyasının rəhbəri, millət vəkili Adil Əliyevin dəvəti ilə Azərbaycana səfərə gəlib. 

AzNews.az xəbər verir ki, qonaq səfəri çərçivəsində əvvəlcə Şəhidlər Xiyabanında, sonra isə 1918-ci ilin mart ayının 31-də ermənilər tərəfindən Qubada törədilən soyqırımı əks etdirən muzeydə olub. 

Jeroen Labeur orda gördüklərindən dəhşətə gəldiyini bildirib: “Bu faktlar göstərir ki, insanlar vəhşicəsinə qətlə yetiriliblər. Gördüklərimdən dəhşətə gəldim. Bu, faciədir. Çox təəssüflənirəm ki, tarixdə belə faciələr baş verib. Bir daha bu kimi faciələrin baş verməməsi üçün insanlar sülh içində yaşamalıdırlar”. 

O, Hollandiyada olan dostlarını Azərbaycana səfərə dəvət edəcəyini, bütün bu gördükləri barədə onlara geniş məlumat verəcəyini söyləyib. Bütün bunlarla yanaşı Azərbaycanın sürətlə inkişaf etdiyini, buranın çox maraqlı adət-ənənələrinin olduğunu söyləyən qonaq, Avropanın bu ölkə barədə müfəssəl məlumata malik olmasının vacibliyini dilə gətirib. 

Millət vəkili Adil Əliyev deyib ki, xarici qonaqları tarixi yerlər, ölkənin inkişafını göstərən ərazilərlə yanaşı Quba Soyqırımı Memorial Kompleksinə aparmaq vacibdir: “Artıq bu proses ənənəvi hal alıb. Hesab edirəm ki, gələn qonaqlarda soyqırım və onun baş vermə səbəbləri haqqında fikirlər formalaşır. Ermənilərin necə vəhşiliklər törətdiyini dünyaya çatdırmaqdan ötrü biz bütün imkanlardan istifadə etməliyik. Hər bir azərbaycanlı, türk insanı bu soyqırım haqqında, ermənilərin tarixən başımıza gətirdikləri faciələrlə bağlı xarici insanlara məlumat verməlidirlər. Bu zaman bizim dərdlərimizin dinləyən insanları sayı artacaq. Bu bizim qan yaddaşmızdır və ermənilər törətdikləri qanlı tarixdən qaça bilməzlər. İnanıram ki, nə zamansa dünya birliyi soyqırım aktına hüquqi qiymət verəcək və ermənilər layiq olduqları cavabı alacaq. Biz bu tarixi ədaləti dünya birliyindən gözləyirik”.