
Vatikan bu gün Şotlandiyaya yeni kardinal təyin edib.
ANS PRESS bildirir ki, o, fevralda seksual sui-istifadə üzündən istefaya göndərilmiş kardinal Kit O Brayenin yerinə təyin edilib. Roma katolik kilsəsinin Şotlandiyada yeni priması, Sent-Endryus və Edinburq arxiyepiskopu 52 yaşlı Leo Kuşli təyin edilib.
Leo çoxdan Vatikan administrasiyasında işləyirmiş.
Onun sələfi kardinal O Brayen isə seksual davranışının doğru olmadığını özü də etiraf etmişdi. Kit OBrayen 1980-ci ildə ona qarşı 4 keşişin qaldırdığı ittihamları təkzib etməyəcəyini bildirib. May ayında o, Şotlandiyanı tərk edib.
Qaynar.info