
Bu gün Moskvada Rusiyanın ən böyük uşaq kitabxanasının girişində bir neçə homoseksual həbs edilib.
Anspress-in məlumatına görə, Rusiya mətbuatına istinadən bildirir ki, onlar əllərində «Homoseksual olmaq normaldır» sözləri yazılmış şüarlarla icazəsiz aksiya keçirmək istəyiblər. Bütünlükdə altı adam tutulub. Qeyd edək ki, kitabxananın yerləşdiyi Kaluqa şossesində həm də Rusiya Daxili İşlər Nazirliyinin binası yerləşir.
Etiraz aksiyasın bu il iyulun 1-dən kimi yeniyetmələr arasında qeyri-ənənvi seksual münasibətlərin təbliğinin qadağan edilməsi barədə yeni federal qanunun qüvvəyə minməsi olub. Qanuna görə, bu cür təbliğata görə 5 min rubl cərimə nəzərdə tutulur.
Qaynar.info