Xəbər lenti

Homoseksualları evləndirən ilk imam
Dünya16:00 19.04.2013

Homoseksualları evləndirən ilk imam

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Afrika əsilli din xadimi Vaşinqtondakı məsciddə fəaliyyət göstərir.

ABŞ-dakı məscidlərdən birinin imamı homoseksual cütlüklərə nigah qıyır. Anspress-in məlumatına görə, 59 yaşlı Daayie Abdullah Vaşinqtondakı "Light of Reform" məscidində imamlıq edir. Bununlada bu şəxs qərb yarımkürəsində eynicinsli nigahlara dəstək verən yeganə müsəlman lider adını qazanıb. 

Afrika əsilli imam “Homoseksual və müsəlmanam" adlı sənədli filmin nümayişindən sonra gənclərə və eynicinsli cütlüklərə müraciət edib. "Amerikada daha genişmiqyaslı bir İslam hərakatının başladığını düşünürəm. Bunun üçün əgər siz eynicinsli nigah kəsmək istəsəniz mən sizin yanınızda olmağa hazıram". 

Qeyd edək ki, adıçəkilən imam müqəddəs kitab olan "Qurani Kərimi" fərqli şərhləri ilə bəzi müsəlmanların da sərt reaksiyasına səbəb olub. D.Abdullah İslam dininə fərqli baxış bucağı olduğunu özü də təsdiqləyir. "Dünyanın bunu anlaması bir az uzun zaman ala bilər". 

Qaynar.info