Xəbər lenti

Hondurasda xüsusi təhlükəli cinayətkar tutuldu: xoruz həbsxanada - FOTO
Dünya14:22 28.01.2017

Hondurasda xüsusi təhlükəli cinayətkar tutuldu: xoruz həbsxanada - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hondurasda xoruz həbsxanaya salınıb. “Daily Mail”in yazdığına görə, buna səbəb quşun iki qonşu arasında ölümcül əlbəyaxa davaya səbəb olmasıdır.
Qonşulardan birini evinin pəncərəsinin qabağındakı ağaca çıxıb banlayan xoruzun səsi narahat edib. O, bununla bağlı qonşusuna irad bildirdikdə aralarında mübahisə yaranıb və kişilər dalaşmağa başlayıblar. Onlardan biri digərini öldürməklə hədələdikdə qonşular polisə zəng vurublar.
“Cinayətkar” saxlanılıb. Honduras polisinin həbs etdiyi xoruza kimlik nişanı vurarkən çəkilmiş fotosu sosial şəbəkədə böyük məşhurluq qazanıb. (Virtualaz.org)
Qaynarinfo.Az