Xəbər lenti

Hotellərdə COVID-19 pasportu yoxlaması...
Ekonomiks11:36 05.09.2021

Hotellərdə COVID-19 pasportu yoxlaması...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qax rayonu ərazisində fəaliyyət göstərən hotellərdə monitorinq aparılıb.
DİN-dən Qaynarinfo-ya verilən məlumata görə, planşet vasitəsilə orada qalan qonaqların COVID-19 pasportlarının olub-olmaması yoxlanılıb, həmçinin, hotellərin inzibatçıları ilə izahedici söhbətlər aparılıb.
Sentyabrın 1-dən etibarən tətbiq edilən yeni qaydaya əsasən, gələn qonaqlardan COVID-19 pasportu tələb etmələrinin vacibliyi vurğulanıb, əks təqdirdə belə hallar aşkarlanarsa, onların barələrində qanunvericiliyə uyğun müvafiq tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilib.