Çinin texnologiya nəhəngi "Huawei"in maliyyə direktoru Meng Wanzhou Kanada hökumətini məhkəməyə verib.
Qaynarinfo xəbər verir ki, məhkəmə prosesi Kanada Sərhəd Xidmətləri Agentliyi, Kanada Krallıq Atlı Polisi və Kanada Federativ Hökumətinə qarşı başladılıb. Bildirilir ki, Meng Wanzhou hava limanında qanunsuz şəkildə 3 saat saxlanılıb, vəkillə danışmasına icazə verilməyib, üzərindəki 2 telefon, planşet və noutbuk götürülüb və içindəki məlumatlara baxılıb, digər şəxsi əşyaları yoxlanılıb.
Wanzhou ötən ilin dekabr ayında Vankuver Hava Limanında ABŞ-ın tələbi ilə həbs edilmiş, 3 gün həbsdə saxlanılmış və 10 milyon Kanada dolları qarşılığında azadlığa buraxılmışdı. Kanada Federal Ədliyyə Məhkəməsi ötən həftə Kolumbiya Əyalət Ali Məhkəməsinə Meng Wanzhou-nu ABŞ-a təhvil vermək hüququ verib.
Gülşən