Türkiyənin milli müdafiə naziri Hulusi Akar Egey dənizinin şimalında "F-16” ilə özəl uçuş edib.
Qaynarinfo xəbər verir ki, məlumatı "Hurriyet” yayıb.
Qeyd edək ki, Türkiyə ilə Yunanıstan arasında Egeylə bağlı vəziyyət yenə gərginləşib. Hulusi Akar sentyabrın 2-də "Uçuş təhsili ilinin açılış mərasimi"ndəki çıxışında Yunanıstanın davranışını tənqid edib: ”Yunanıstanın özündənrazı, utanmaz davranışına hər zaman, hər yerdə cavab vermişik və bundan sonra da verəcəyik”.
Türkiyə təyyarələrinin S-300 hava hücumundan müdafiə sistemi ilə sıxışdırıldığına toxunan nazir NATO və üçüncü ölkələrin obyektiv olmasını gözlədiklərini bildirib.
Şərhlər