Xəbər lenti

Husilərlə hökumət qüvvələri arasında qarşıdurma: 19 əsgər öldü
Dünya06:56 02.06.2018

Husilərlə hökumət qüvvələri arasında qarşıdurma: 19 əsgər öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yəmənin Əl Hudayda şəhərində hakimiyyət qüvvələri ilə Husilər arasında yaşanan qarşıdurmada 19 əsgər öldürülüb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, meyitlər və çox sayda yaralı Şeyx Osman bölgəsində yerləşən Alman xəstəxanasına aparılıb. 
Qeyd edək ki, 2014-cü ildən bəri Yəməndə vətəndaş müharibəsi davam edir. Hökümət qüvvələri ilə İranın dəstəklədiyi Husilər ölkədə hakimiyyət uğrunda mübarizə aparır.
Gülşən