
Misir Ali Məhkəməsi keçmiş prezident Hüsnü Mübarəkin azad olunması ilə bağlı qərar verib.
Qaynar.info xəbər verir ki, Mübarəkin vəkili onun yaxın vaxtlarda həbsxanada buraxılacağını deyib: "Bu gün azad ediləcək. Onun tətil şəhəri Şarm əl Şeyxə getməsi gözlənilir".
Qeyd edək ki, Mübarək korrupsiya, fırıldaqçılıq və 2011-ci il inqilabı zamanı aksiya iştirakçılarına atəş açmaq əmri verməkdə ittiham olunurdu.
Qaynar.info