
Misirin devrilən prezidenti Hüsnü Mübarək dövlət büdcəsindən 157 milyon dolları özü və ailəsi üçün xərclədiyinə görə 15 gün həbs cəzasına məhkum edilib.
Qaynar.info-nun TRT-yə istinadən verdiyi məlumata görə, məhkəmə Mübarək və ailəsinin hakimiyyət başında olduğu son 10 ildə fövlət büdcəsindən 157 milyon dolları özü və ailəsi üçün xərclədiyinə qərar verib.
İttiham aktında Mübarəkin hər il büdcədən 14 milyon dolları oğulları Ala və Camalın evləri, işləri və digər ailə üzvlərinin evləri üçün xərclədiyinin müəyyənləşdiyi bildirilib. Ölkənin baş prokuroru məhkəmə prosesi başa çatana qədər prosesin detallarıyla bağlı məlumatlara yayım qadağası qoyub.
Mübarək və keçmiş daxili işlər naziri Həbib əl Adili 25 yanvar inqilabında inqilabçıları öldürməklə ittiham edilərək ömürlük həbs cəzasına məhkum edilib. Ancaq apellyasiya instansiyası onların şikayətini qəbul edib. Aprelin 13-də məhkəmə yenidən başlayacaq.
Qaynar.info