Xəbər lenti

Hüsnü Mübarəki vertolyotla apardılar
Dünya15:44 22.08.2013

Hüsnü Mübarəki vertolyotla apardılar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Misirin sabiq prezidenti Hüsnü Mübarək Qahirədəki Tora həbsxanasından azadlığa buraxılıb.

APA-nın məlumatına görə, həbsxananı vertolyotla tərk edən Mübarək ölkənin cənubundakı hərbi hospitala gətirilib. Sabiq prezident məhkəmənin qərarı ilə azadlığa buraxılıb, onun üzərindən korrupsiya faktları və hakimiyyətdən sui-istifadəyə dair ittihamlar götürülüb. 

Bununla da Mübarəki həbsxanada saxlamaq üçün hüquqi əsas qalmayıb. Misirin hərbi rəhbərliyi Mübarəkin ev dustağı saxlanmasını məqbul sayıb, bu qərar ölkədə fövqəladə vəziyyət olması ilə əsaslandırılıb. 

Sabiq prezidentin üzərindən heç də bütün ittihamlar götürülməyib. O 2011-ci ildə nümayişçilərin qətli epizoduna dair cinayət işinin əsas fiqurlarından biri olaraq qalmaqdadır.

Qaynar.info