Xəbər lenti

“Hyundai” Rusiyadakı zavodunu satdı
Dünya13:31 26.01.2024

“Hyundai” Rusiyadakı zavodunu satdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın "Art-Finance” şirkəti Cənubi Koreya istehsalçısı "Hyundai”nin bütün Rusiya aktivlərinin alınması ilə bağlı sövdələşməni başa çatdırıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Kommersant "AGR Automotive Group”un mətbuat xidmətinə istinadən məlumat yayıb.
Sövdələşməyə Sankt-Peterburq şirkəti "Hyundai Motor Manufacturing Rus” MMC-də daxil edilib. 
"Art-Finance” şirkəti 2023-cü ilin fevralında Moskvada qeydiyyatdan keçib. Həmin ilin may ayında şirkət "Volkswagen”in Rusiyadakı aktivlərini, o cümlədən Kaluqadakı zavodu satın alıb.
Nizami Bağırov