Xəbər lenti

Hz.Ömər məscidi yerlə bir oldu (VİDEO)
Dünya11:24 14.04.2013

Hz.Ömər məscidi yerlə bir oldu (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Suriyada iki il əvvəl ilk etirazların başladığı Dera şəhərində olan tarixi Ömər Məscidinin minarəsi çökdü. Müxaliflər minarənin dövlət başçısı Əsədə bağlı birliklər tərəfindən çökdürüldüyünü iddia edirlər.
Qaynar.info-nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, "YouTube"a yüklənən videoda bir yolun sonunda olan məscidin minarəsinin bombardman nəticəsi şökdüyü və darma-dağın olduğu görülür. İnternetdəki başqa videolarda da tarixi VII əsrə gedib çıxan məscidin bir neçə gündür bombardmanların hədəfi olduğu görülür.
Müxalif Suriya Milli Şurasın "Bu rejimin idarəsiz barbarlığı, mədəniyyətin, ruhaniliyin və insaniliyin simvollarıyla dolu bir yer olan Ömər Məscidinin minarəsini tanklarla hədəf alıb" şərhini edib.
Şərhdə məscidin minarəsinin Suriyanı müsəlmanlar adına fəth edən xəlifə Hz. Ömər tərəfindən inşa edildiyi və Şərqi-Aralıq dənizi bölgəsindəki ilk minarə olduğu xatırladılaraq, "tiranın əsgərləri tərəfindən yıxıldı" deyilib.
Şuranın şərhində Ömər Məscidinin Əsada qarşı qiyamların başlanğıcında əhəmiyyətli bir rol oynadığına da diqqət çəkilib.
Qaynar.info