Xəbər lenti

İbrahimoviç özü barədə filmi təqdim etdi - VİDEO
Dünya06:12 29.06.2021

İbrahimoviç özü barədə filmi təqdim etdi - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İtaliyanın "Milan" klubunun futbolçusu Zlatan İbrahimoviç özü barədə filmin treylerini təqdim edib.
"Report"un məlumatına görə, "Mən Zlatanam" adlı əsər sentyabrda efirə çıxacaq. Treylerdə isveçli hücumçunun gənclik dövründən formalaşmağa başlaması əksini tapıb. Onun rolunu aktyorlar yerinə yetirirlər.
Qeyd edək ki, Zlatan İbrahimoviç İsveç "Malmö"sünün (1999 - 2001) yetirməsidir. O, daha sonra Niderlandın "Ayaks", İtaliyanın "Yuventus", "İnter" və "Milan", İspaniyanın "Barselona", Fransanın PSJ, İngiltərənin "Mançester Yunayted" və ABŞ-ın "Los-Anceles Qelaksi" komandalarında oynayıb. 2001 - 2016-cı illərdə İsveç yığmasının formasını geyinmiş İbrahimoviç ötən mövsüm "Milan"a qayıdıb. Təcrübəli forvard yığmaya da dönməsinə baxmayaraq, zədə üzündən AVRO-2020-ni buraxmalı olub.
<script async="" src="https://platform.twitter.com/widgets.js" charset="utf-8"> //