İçərişəhərdə yerləşən restorandan oğurluq edən şəxs həbs edilib.
Qaynarinfo-nun məlumatına görə, 9 avqust 1975-ci il təvəllüdlü Məzahir Əsədov (ad-soyad şərti) saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib edilib. İş məhkəməyə göndərilib.
Məlum olub ki, təqsirləndirilən şəxs İçərişəhərdə yerləşən restoranın sexindən birinin qiyməti 38 manat olan 10 ədəd "lotus pasta" yağı, bir neçə ədəd qaymaq və qatılaşdırılmış süd oğurlayıb. Hadisə nəticəsində zərərçəkmişə 400 manat məbləğində ziyan dəyib.
Məzahir Əsədov oğurladığı məhsullardan ikisini istifadə edib, onunu isə biri 2,5 manatdan "20 Yanvar" metrostansiyası ərazisində satıb.
Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 2 aylıq həbs edilib.
Aydın
Şərhlər