Xəbər lenti

İçərisində 9 milyon dollar olan təyyarə saxlanıldı
Dünya12:27 09.04.2018

İçərisində 9 milyon dollar olan təyyarə saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Somalidə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindən gələn və içində 9 milyon dollar olan təyyarə ələ keçirilib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt Moqadişuda saxlanılan və kəşfiyyat qrupu tərəfindən ələ keçirilən pulun kimdən gəldiyi və kimə göndərildiyi barədə istintaq prosesinə start verilib.
Qeyd edək ki, Körfəz böhranında tərəfsiz qaldığına görə Somali ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər soyuqdur. Somali Federal Parlamenti 12 martda BƏƏ-yə aid "DP World" şirkətinin ölkədəki fəaliyyətini qadağan edib və Somalini tərk etməyi tələb edib. Qərarda bildirilir ki, şirkətin 3 hava yolu şirkəti ilə bağladığı razılaşma qeyri-qanunidir və ölkənin birliyinə, müstəqilliyinə təhlükədir.
Gülşən