Xəbər lenti

İçki aludəçisi olan qatil meymuna ömürlük həbs cəzası verildi
Dünya18:09 19.06.2020

İçki aludəçisi olan qatil meymuna ömürlük həbs cəzası verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hindistanın Uttar Pradeş əyalətində qeyri-adi hadisə yaşanıb.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, 1 nəfəri öldürən və 249 insanı yaralayan içki aludəçisi meymun ömürlük həbsə məhkum edilib.
Kanpur zooparkında yaşayan meymunun yaraladığı insanların bir qisminin azyaşlı olduğu və ağır yara aldıqlarından əməliyyat edilməli olduqları bildirilib.
"Onu aylarla təcrid altında saxladıq və daha sonra başqa bir qəfəsə saldıq. Amma davranışlarından heç bir dəyişiklik müşahidə edilmədi. Əvvəlki kimi aqressiv qaldı. Bura gətirilməsindən artıq 3 il keçib. İndi isə bütün həyatı boyu əsarətdə qalması qərara alınıb", - deyə zooparkın baytarı Mohd Nasir bildirib.
6 yaşı olan Kalua adlı meymunun zooparka gətirilmədən öncə sahibi tərəfindən ət və spirtli içki ilə bəsləndiyi qeyd olunub.
Camal
<iframe width="851" height="480" src="https://www.youtube.com/embed/EMQqXvLgR5w" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">