Xəbər lenti

İçkidən imtina edən kişinin mədəsindən 1 kq-dan çox mismar çıxarıldı
Dünya10:59 09.10.2021

İçkidən imtina edən kişinin mədəsindən 1 kq-dan çox mismar çıxarıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Litvanın Klaypeda şəhərinin sakini kəskin və şiddətli qarın ağrısı ilə xəstəxanaya gəlib. 
Qaynarinfo "The Guardian"a istinadla xəbər verir ki, həkimlər kişini rentgen edib və mədəsinin müxtəlif ölçülü metal əşyalarla dolu olduğunu görüblər.
Xəstəyə təcili olaraq əməliyyat təyin edilib. Əməliyyat təxminən üç saat çəkib. Nəticədə həkimlər kişinin mədəsindən bir kiloqramdan artıq mismar və vint çıxarıblar. Çıxarılan bəzi cismlərin uzunluğu 10 santimetrə qədər olub.
Məlum olub ki, son bir ayda kişi metal əşyaları aktiv şəkildə udmağa başlayıb. Səbəbin spirtli içki qəbul etməmək olduğunu söyləyib. Xəstənin vəziyyəti hazırda stabildir və sağalır.
Alpər