Xəbər lenti

İcmalar Palatasının binası "siçovulların istilası"na məruz qalıb, pişiklər üçün...
Dünya13:15 13.08.2023

İcmalar Palatasının binası "siçovulların istilası"na məruz qalıb, pişiklər üçün...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Battersea Heyvanları Xilasetmə Mərkəzi Böyük Britaniyanın İcmalar Palatasının (parlamentin aşağı palatası) binasında çoxlu siçovul və siçan olduğuna görə pişik verməkdən imtina edib. 
Qaynarinfo "Daily Mail"ə istinadən xəbər verir ki, binada ev heyvanları üçün təhlükəli olan zəhərli gəmirici tələləri olduğuna görə sığınacaq İcmalar Palatasını pişiklər üçün "uyğun olmayan mühit" adlandırıb.
"İcmalar Palatasıda gəmiricilər üçün zəhərli tələlərdən istifadə edildiyindən pişik saxlamaq üçün yararsız hesab edilib. Tələlər həm pişiklər, həm də parazitlər üçün zəhərlidir və bu, hər hansı bir pişiyin sağlamlığı və təhlükəsizliyi üçün açıq-aşkar riskdir”, deyə Battersea sözçüsü qəzetə bildirib.
Onun sözlərinə görə, xilasetmə mərkəzi əvvəllər Britaniyanın üç hökumət binasında üç pişiyi uğurla yerləşdirib: "Larri" baş nazirin iqamətgahına, "Qladston" Xəzinədarlığa, artıq təqaüdə çıxmış "Palmerston" isə Xarici İşlər Nazirliyinə göndərilib.
Temza çayının sahilində 19-cu əsrdən qalma Vestminster sarayının bəzi hissələrində hər axşam ətrafda gəzən gəmiricilər müntəzəm olaraq müşahidə olunur.
Aydın