Xəbər lenti

İçməli su problemi olan ölkələr - SİYAHI
Dünya11:37 14.02.2016

İçməli su problemi olan ölkələr - SİYAHI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hollandiyanın Tvente Universitetinin alimləri Yer kürəsinin içməli suyun çatışmazlığından əziyyət çəkən əhalisini qiymətləndiriblər.
Oxu.az xəbər verir ki, müəlliflər tədqiqatlarının nəticələrini Science Advances jurnalında dərc ediblər.
İçməli suyun çatışmazlığından əziyyət çəkən insanların yarısı Hindistan və Çində, digərləri isə Avstraliya, Baqladeş, Pakistan, Meksika və ABŞ-ın cənub-qərbində (Kaliforniya, Texas və Florida ştatları). Rusiya, Braziliya və Kanada, həmçinin Mərkəzi və Şərqi Avropa su qıtlığından əziyyət çəkmirlər.
Ümumilikdə su çatışmazlığı ilə hər il dünya əhalisinin 2/3 (təxminən 4 milyard insan) üzləşir.
Qaynar.info