Xəbər lenti

İcra başçısı hadisə yerində (FOTOLAR)
Foto 11:03 09.01.2020

İcra başçısı hadisə yerində (FOTOLAR)

Bu gün Badamdar qəsəbəsində baş verən sürüşmə yerinə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov gəlib. 

Qaynarinfo-nun "Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov bildirib ki, hadisə nəticəsində eni 80, uzunluğu 100 metr olan torpaq kütləsi sürüşüb: "Hazırda monitorinqlər davam etdirilir, ölçmə işləri aparılır. Sürüşmə aktivdir, gərginlik var”.

O qeyd edib ki, torpaq kütləsi yolu tam bağlayıb: "Sürüşmə restoran divarlarının dibinə kimi gəlib. Burada yaşayış evləri yoxdur. Yamacın aşağısında yerləşən evlərə isə hələ ki, təhlükə yoxdur”. 

Əziz Qaralov əlavə edib ki, bu sürüşmə yeni deyil: "Bir il öncə baş verən sürüşmə sahəsinin üzərindəki torpaq kütləsi yenidən sürüşərək yolu qapayıb”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->