Xəbər lenti

İcra başçısı maaşlar üçün söz verdi
İdman19:59 25.01.2015

İcra başçısı maaşlar üçün söz verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İmişlinin icra başçısı Vilyam Hacıyev "Mil-Muğan" klubunu böhrandan çıxaracağına söz verib. Qaynar.info xəbər verir ki, komanda uzun müddətdir maliyyə problemləri ilə üz-üzə qalıb.
Futbolçuların məvacibini verə bilıməyən, dağılmaq təhlükəsiylə üzləşən komandada vəziyyətin düzələcəyinə ümid yaranıb. Hacıyev komandanın rəhbər şəxsləriylə görüşərək onlara bildirib ki, yaxın günlərdə futbolçulara olan borclar ödəniləcək və komanda çıxışını davam etdirəcək.
"Mil-Muğan"ın futbolçusu Ruhid Usubov komanda.az-a deyib ki, klubun idman direktoru rayonun icra başçısıyla görüşüb: "Komandanın vəziyyətiylə bağlı rayon rəhbərliyinə məlumat verilib. Başçı da bildirib ki, bütün problemlər aradan qaldırılacaq. İki aylıq maaşımızın yaxın günlərdə ödəniləcəyi gözlənilir. Komandanın isə birinci gündən məşqlərə başlayacağına ümidliyik. İnanırıq ki, hər şey yaxşı olacaq və komandanın pis günləri arxada qalacaq".
Qaynar.info