Xəbər lenti

İcra Hakimiyyətindən 10 manatlıq şirkətə yarım milyonluq sifariş
Ekonomiks 16:04 12.09.2025

İcra Hakimiyyətindən 10 manatlıq şirkətə yarım milyonluq sifariş

Naxçıvan Şəhər İcra Hakimiyyəti "mövcud işıqlandırma sisteminin istismarı ilə əlaqədar texniki baxım xidmətləri"nin satın alınması ilə bağlı tenderə yekun vurub. 

Qaynarinfo xəbər verir ki, tenderin qalibi "Parlaq Elektrik" MMC seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 543 744 manatdır. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında qeyd edilir ki, "Parlaq Elektrik" MMC 13 aprel 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Hüquqi ünvanı Kəngərli rayonunun Xok kəndində yerləşir. Şirkətin qanuni təmsilçisi Novruzov Rza Məmmədqulu oğludur. 

Açıq mənbələrdə Rza Novruzov haqqında heç bir məlumat yoxdur. "Parlaq Elektrik" MMC barəsində də heç bir məlumata rast gəlinmir. Şirkətin nə internet səhifəsi, nə də əlaqə telefonları var. Bu baxımdan, "Parlaq Elektrik" MMC-nin maddi texniki bazasının hansı səviyyədə olduğu, işin öhdəsindən gələ bilib-bilməyəcəyi məlum deyil. 

2023-cü ildə yaradılan "Parlaq Elektrik" MMC artıq 2024-cü ildə 3 tenderin qalibi seçilib. Bu tenderləri Naxçıvan Muxtar Respublikası Ali Məclisi, Naxçıvan Müəllimlər İnstitutu və Naxçıvan Şəhər İcra Hakimiyyəti keçirib. 

Seyid  

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->