XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Nazir idarə rəisini işdən çıxarmayıb - Nazirlik
Ölkə09:20 28.02.2021

Nazir idarə rəisini işdən çıxarmayıb - Nazirlik

Lənkəran Regional Mədəniyyət İdarəsinin rəhbəri Vüsal Nəsirlinin vəzifədən azad edilməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bu barədə Axar.az-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən deyilib.
"Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Nəsirlinin işdən azad edilməsi ilə bağlı mədəniyyət naziri Anar Kərimov tərəfindən əmr imzalanmayıb”, - nazirlik bildirib.
Qeyd edək ki, ötən gün Vüsal Nəsirlinin Lənkəran Regional Mədəniyyət İdarəsinin rəhbəri vəzifəsindən kənarlaşdırılması barədə məlumat yaymışdı.