Ötən bazar ertəsi, avqustun 7-də ABŞ-ın şərq sahillərini vuran güclü tufan bir anda bir neçə ştata təsir edib.
Qaynarinfo CNN və PowerOutage monitorinq resursunun məlumatına istinadla
xəbər verir ki, fırtına küləkləri elektrik xətlərini qırıb, buna görə Şimali Karolina, Pensilvaniya, Merilend və Corciya ştatlarında elektrik enerjisi kəsilib. Ümumilikdə 1 milyondan çox amerikalı işıqsız qalıb.
Bəzi ştatlarda daşqınlar baş verib, evlərin damları uçub. Corciyada pis hava şəraiti nəticəsində azı bir nəfər ölüb.
Bundan əlavə, pis hava şəraiti Nyu York, Nyu Cersi, Pensilvaniya və Kolumbiya əyalətlərində bir neçə hava limanının işində dəyişikliklər edilməsinə səbəb olub.
Alpər