Suriyanın İdlib şəhərinə hava hücumu təşkil edilib.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, İdlib mülki müdafiə müdiri Mustafa Həc Yusif açıqlama verərək bildirib ki, Maarşurin kəndinə təşkil edilən hücumda 17 nəfər mülki vətəndaş ölüb, 35 nəfər yaralanıb. Hücumun Rusiyaya aid hərbi təyyarələrdən edildiyi deyilir.
Ölənlər arasında qadın və uşaqlar da var.
Gülşən