
Ukraynalı gimnast Eleonora Romanova Rusiya vətəndaşlığı alıb.
Qaynarinfo.Az xəbər verir ki, bu haqda Ukrayna Gimnastika Federasiyasının "feysbuk" səhifəsi məlumat yayıb.
Onun hələ Rusiyaya köçəcəyi qışda deyilirdi. Çünki Romanova hələ o vaxt rusiyalı Olimpiya, dünya və Avropa çempionu Yevgeniya Kanayevanın rəhbərliyi altında məşqlərə başlamışdı.
Eleonoranın özü Luqansk vilayətinin Krasnodon şəhərində anadan olub. Krasnodon isə Luqansk vilayətinin ruslar tərəfindən işğal olunmuş hissəsinə aiddir. Təsadüfi deyil ki, Rusiya mətbuatı bu üzdən bu gimnastı qondarma Luqansk Xalq Respublikasının idmançısı kimi təqdim edirdi.
Qeyd edək ki, bəzi məlumatlara görə, Eleonora Romanova 2017-ci ilin sentyabrın 1-dən yeni ölkəsinin adından çıxış edə biləcək.
Qaynarinfo.Az