Taekvondoçumuz yeniyetmələrin Yay Olimpiya Oyunlarında Azərbaycana ilk qızıl medalı qazandırıb.
Azərbaycan idmançısı Səid Quliyev yeniyetmələrin ikinci Yay Olimpiya Oyunlarının taekvando yarışlarının qalibi olub.
73 kq çəkidə döyüşən Səid Quliyev finalda almaniyalı Həmzə Adnan Kərimə 10:4 hesabı ilə qalib gələrək Azərbaycana yeniyetmələrin ikinci Yay Olimpiya Oyunlarında ilk qızıl medalı qazandırıb.
Beləliklə, Azərbaycan komandasının aktivində 1 qızıl və 4 gümüş medal var.