İdman 15:01 06.07.2022

İdmançımızın nəticəsi ləğv olundu - Qaydaları pozduğuna görə

İsrailin Yerusəlim şəhərində keçirilən atletika üzrə U-18 Avropa Çempionatında 200 m məsafəyə qaçışda çıxış edən idmançımız Elcan Cəfərov çıxışını başa vurub.
 
Qaynarinfo xəbər veir ki, Elcan ilkin olaraq 22.64 saniyə nəticə göstərib. Ancaq sonradan onun nəticəsi ləğv olunub. Buna səbəb idmançının qaydaları (texniki qayda 17.3.2) pozması olub.
 
Cəfərov ölkəmizi bu yarışda 200 metr məsafəyə qaçış növündə təmsil edən yeganə idmançı idi.

Səbuhi Həsənov